Məsumların elmini kimlər diri saxlayar?

Məsumların elmini kimlər diri saxlayar?
23:17 11 İyul 2019
Ölkə mətbuatı
A- A+

İmam Rza (ə) buyurur: "Allah rəhmət etsin o bəndəyə ki, bizim əmrlərimizi dirildər". Hədisi nəql edən soruşur: "Sizin əmrləri necə dirildər?". Həzrət (ə) buyurur: "Bizim elmimizi öyrənər və insanlara öyrədər. Əgər insanlar bizim kəlamlarımızın gözəlliyini bilsələr, bizim ardımızca gedərlər".

İmam Həsən Əsgəri (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "Bizim ardıçıllarımızdan hər kim bizim elmimizə vaqif olar, cahili hidayət edər, dinimizi ona öyrədər - behiştdə bizimlə bir yerdə olar".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Övladlarınızın dilinə gətirdiyi ilk kəlmə "Lə İləhə İlləllah" olsun".

İmam Baqir (ə) buyurur: "Əmirəl-möminin (ə) övladlarına əmr edir ki, Quran oxusunlar".

Həzrət Peyğəmbər (s) buyurur: "Qızın atası üzərindəki haqqı odur ki, "Nur" surəsini ona öyrətsin".

İmam Baqir (ə) buyurur: "Din elmini öyrənən zaman bir-birinizi qabaqlayın. Allaha and olsun ki, düz danışan insandan haram və halalla bağlı öyrəndiyiniz hədis dünyadan və onun qızıl və gümüşündən yaxşıdır. Bu, həmin Allahın kəlamıdır. "Bizim Rəsulumuz sizə nə verirsə (hökmlər, maarif və malları) götürün və sizə nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun ki, Allah şiddətli cəza verəndir". ("Həşr" 7).

Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: "Miras məsələsini öyrənin və onu insanlara öyrədin. Çünki mən dünyadan gedəcəyəm. Fitnələr o yerə qədər aşkar olacaqdır ki, miras mövzusunda münaqişə edən iki nəfər elə bir nəfəri tapmayacaqdır ki, aralarında olan düşmənçiliyi həll edə bilsin".

Həzrət Peyğəmbər (s) buyurur: "Miras məsələsini öyrənin və onu insanlara öyrədin. Çünki onu öyrənmək biliyin yarısı deməkdir. (Əgər öyrənilməzsə) unudular və bu ilk şeydir ki, (səy ediləcəkdir ki,) ümmətimdən ayrı salınsın".

Bir nəfər İmam Əliyə (ə) deyir: "Ticarətlə məşğul olmaq istəyirəm". Həzrət (ə) buyurur: "(Fiqh) elmini heç öyrənmisən?" Dedi: "Sonra öyrənərəm". Buyurdu: "Vay olsun sənə! Birinci fiqhi öyrən, sonra ticarət et. Çünki o kəs ki, alış-veriş edər, ancaq halal və haram məsələsi haqqında soruşmazsa, sələm burulğanına düşər".

İmam Sadiq (ə) buyurur: "Müsəlmanları üç şeydən başqası islah etməz: dinşünaslıq, çətinliklərdə səbir etmək, həyatda yaxşı proqrama malik olmaq".

İmam Əli (ə) buyurur: "Nəfsi iffət ilə bir yerdə olan peşəyə yiyəylənmək pak olmayan sərvətdən daha yaxşıdır".

Hədislərə nəzər salan zaman görmək olur ki, heyvandarlıq, əkinçilik, bağbanlıq, balıqçılıq kimi peşələr mədh edilmişdir. Səhər tezdən iş dalınca getmək tövsiyə edilmişdir.

İmam Sadiq (ə) buyurur: "İmam Əli (ə) Əbu Talibin (ə) şeirlərinin rəvayət edilib yayılmasını xoş qarşılayırdı". İmam (ə) başqa yerdə buyurur: "Onu öyrənin və övladlarınıza öyrədin. Çünki o, (Əbu Talib (ə)) Allah dinində idi və ona elmi çox idi".

Həzrət Peyğəmbər (s) buyurur: "Övladlarınıza ox atmağı öyrədin. Övladlarınıza üzməyi öyrədin".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/769336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR