Yanaqdakı “laboratoriya” qan analizini əvəz edə bilər

Yanaqdakı “laboratoriya” qan analizini əvəz edə bilər
23:57 11 İyul 2019
Ölkə mətbuatı
A- A+

Massaçusets Universitetindən olan "Fluid Interfaces Group" mühəndisləri, insan yanağına bərkidilərək real vaxt rejimində ağız suyunda bioloji markerlər haqda məlumat toplayan sensor hazırlayıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, istehsalçılar belə bir qurğunun insanın qan analizi verməkdən azad edə bilməsini vurğulayır. Qurğu biomexaniki kompakt kağız sensorları ilə təchiz olunaraq, ağız suyunun vasitəsi ilə orqanizmdə gedən prosesləri izləyə biləcək.

Qan analizi orqanizmdə baş verənləri bilmək üçün etibarlı prosedurdur. Qan analizini mütəmadi olaraq keçirmək çətin olur. Bəzi müayinələrin gün ərzində daimi monitorinqinə ehtiyac duyulduğuna baxmayaraq, qan analizi götürmək həmişə rahat olmur.

Orqanizmdə konsentrasiyanın təyin edilməsinin muxtəlif üsulları var. Bu prosedurların keçirilməsində "ağıllı plaster"dən də istifadə olunur. Alimlərin yeni hazırladığı sensor qurğusu həkimlərin xəstələri daima müayinə etməsinə imkan verəcək. Qurğu kağızdan, kiçik elektro-mühərrik, kamera və dodağa birləşən borudan ibarətdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/769352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR