"Neftçi" avrokuboklarda ilk dəfə səfərdə böyük hesablı qələbə qazanıb

"Neftçi" avrokuboklarda ilk dəfə səfərdə böyük hesablı qələbə qazanıb
00:07 12 İyul 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

"Neftçi" klubu avrokuboklarda tarixi nailiyyətə imza atıb.
"Report"un məlumatına görə, flaqman ilk dəfə səfərdə böyük hesablı qələbəyə imza atıb. Bu, Avropa Liqasının I təsnifat mərhələsində Moldovada "Sperantsa" ilə ilk oyuna təsadüf edib - 3:0. Ümumilikdə isə bu, "Neftçi"nin darmadağınla qalib gəldiyi ikinci avrokubok matçı olub. Daha əvvəl "ağ-qaralar" 2012-2013 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda Gürcüstan "Zestafoni"sini eyni hesabla udub.
Qeyd edək ki, "Neftçi" "Sperantsa" ilə cavab görüşünü iyulun 18-də "Bakcell Arena"da keçirəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-avrokuboklarda-ilk-defe-seferde-boyuk-hesabli-qelebe-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR