Yaponiya əhalisinin sayı 124,8 milyon nəfərə geriləyib

Yaponiya əhalisinin sayı 124,8 milyon nəfərə geriləyib
02:32 12 İyul 2019
Ölkə mətbuatı
A- A+

İlin əvvəlində Yaponiya əhalisinin sayı 124,8 milyon nəfərə geriləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, ötən ilin əvvəlindəki göstərici ilə müqayisədə 433,2 min nəfər azdır. Bildirilir ki, Yaponiya əhalisinin sayı 10 ildir ki, fasiləsiz olaraq azalır.

Nazirliyin bildirdiyinə görə, bu zaman söhbət ölkənin yapon əhalisindən gedir. Bundan fərqli olaraq, əcənəbilərin sayı artmaqda davam edir. Cari ilin əvvəllərində ölkədə rəsmi olaraq yaşayan əcnəbilərin sayı 2,7 milyon nəfər təşkil edib ki, bu da bir il əvvəlki müvafiq göstəricidən 6,79 faiz çoxdur.

Eyni zamanda, yaponlar arasında 2018-ci ildə yeni doğulan uşaqların sayı 921 min nəfər təşkil edib. Həmin dövr üçün ölənlərin sayı isə 1 milyon 363 min 564 nəfər olub. Bu rəqəmlər bir daha Yaponiyada əhalinin sayının azaldığını təsdiq edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/770003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR