BMT Hörmüz boğazında yeni qarşıdurmaya yol verməməyə çağırıb

BMT Hörmüz boğazında yeni qarşıdurmaya yol verməməyə çağırıb
07:42 12 İyul 2019
70 Dünya
Ölkə mətbuatı
A- A+

Hörmüz boğazında yeni qarşıdurmanın fəlakətli nəticələri ola bilər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak Böyük Britaniyaya məxsus tankerin İran gəmiləri tərəfindən saxlanılmasını şərh edərkən deyib.

F.Hak bildirib: "Biz bu insidentlə bağlı hər iki tərəfin bəyanatları ilə tanışıq. Bildiyiniz kimi, baş katib bütün tərəfləri dəfələrlə boğazda eskalasiyadan qaçmağa çağırıb. O, açıq şəkildə bəyan edib ki, regionda istənilən yeni qarşıdurma fəlakətə səbəb olacaq".

Rəsmi nümayəndənin müavini körfəzdə bütün ölkələrin gəmilərinin azad keçidinin təmin edilməsini istədiklərini də qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/770164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR