Yaponiyanın fond birjasından 32 milyon dollarlıq kriptovalyuta oğurlanıb

Yaponiyanın fond birjasından 32 milyon dollarlıq kriptovalyuta oğurlanıb
10:32 12 İyul 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyada onlayn rejimdə fəaliyyət göstərən fond birjası - “Bitpoint Japan”ın hesabından 3,5 milyard yen (təxminən 32 milyon ABŞ dolları) dəyərində kriptovalyuta oğurlanıb. 
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə birjanın açıqlamasında bildirilir. 
Məlumatda deyilir ki, bu gecə birjanın virtual valyuta ticarəti sistemində, pul transferi zamanı xəta baş verib və hesabdan qeyri-qanuni kriptovalyuta çıxarılıb. Oğurlanmış rəqəmsal pulların 23 milyon dollarlıq hissəsi müştərilərə məxsus olub. 
“Bitpoint Japan” baş vermiş hadisə ilə bağlı müştərilərdən üzr istəyib və qısa müddətdə işlərin yoluna qoyulacağını vəd edib. Hazırda birjada bütün əməliyyatlar dayandırılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/yaponiyanin-fond-birjasindan-32-milyon-dollarliq-kriptovalyuta-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR