"Neftçi" Azərbaycanın xal hesabını zənginləşdirdi

"Neftçi" Azərbaycanın xal hesabını zənginləşdirdi
11:52 12 İyul 2019
83 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın reytinq cədvəli bəlli olub.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Moldovada yerli "Sperantsa" klubuna 3:0 hesabı ilə qalib gələn "Neftçi" Azərbaycanın UEFA əmsalına 0,250 xal əlavə edib.

Evdə Rumıniya təmsilçisi "Universitatya Krayova"ya uduzan (2:3) "Səbail" reytinq xalı qazandırmayıb.

Bu mövsüm Azərbaycan 0,375 reytinq xalı qazanıb. Bunun 0,250-ni "Neftçi", 0,125 xalı isə aktivinə "Qarabağ" yazdırıb. 

"Neftçi"nin qələbəsindən sonra son 5 mövsüm üçün ümumi xal 15,750-yə çatıb. Bu göstərici ilə Azərbaycan Avropada 26-cıdır.

25-ci pillədə olan Qazaxıstanın 16,750 xala malikdir. Ən yaxın izləyici Polşanın isə 14,875 xalla 27-cidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/770231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR