22 ildir münasibəti olmayan oğlan küçədə qarşısına çıxan qızları güllələdi - FOTO

22 ildir münasibəti olmayan oğlan küçədə qarşısına çıxan qızları güllələdi - FOTO
12:52 12 İyul 2019
145 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da 22 yaşlı oğlan tanımadığı 6 nəfəri qətlə yetirib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, "BBC3" telekanalı silsilə cinayətlər törədən 22 yaşlı Elliot Rodgerlə bağlı sənədli film hazırlayıb.

"Inside the Secret World Of Incels" adlı sənədli filmdə verilən məlumata görə, əvvəlcə 3 oğlan tələbəni öldürən Elliot sonradan küçədə qarşısına çıxan 3 qadını da güllələyib. Əlindəki silahla ətrafa atəş açaraq avtomobili ilə qaçan oğlan qəza nəticəsində dünyasını dəyişib. Onu canlı halda tutmaq mümkün olmayıb.

Deyilənə görə, avtomobil qəzası Elliotun özünü başından güllələməsi nəticəsində baş verib.

Onun psixoloji problemlərinin olduğu iddia edilir. Bunu Elliotun sosial şəbəkələrə yüklədiyi videolarda da aşkar görmək mümkündür.

Belə ki, qızların onu bəyənmədiyinə görə 22 ildir kimsəylə cinsi əlaqədə ola bilməyən Elliot əlinə silah alaraq küçədə qarşısına çıxan insanlara atəş açıb.

O, videolarında özünü Müqəddəs Elliot və insel kimi də təqdim edib.

Qeyd edək ki, insel qadınlarla münasibəti alınmayan oğlanlara aid edilən neologizmdir. İnsellər qadınlarla uğurlu münasibət yaşayan kişilərə və onlara rədd cavabı verən qadınlara nifrət edirlər.

Emin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/770221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR