Türkiyənin aldığı S-400 sistemlərinin özəllikləri - Göstəricilər

Türkiyənin Rusiyadan 2017-ci ildə imzalanan müqavilə əsasında, 2.5 milyard dollar qarşılığında aldığı və ümumi 4 batareyadan ibarət olan S-400 hava müdafiə sistemlərinin xüsusiyyətləri nələrdir?

Metbuat.az Türkiyəyə gətirilməsinə bu gün başlanılan, dünyanın ən güclü müdafiə sistemlərindən hesab olunan S-400 sistemləri ilə bağlı göstəriciləri təqdim edir:

SSRİ dövründə S-300 raketlərinin istehsal edilməsindən sonra təkminləşdirilməsinə başlanılan S-400 sistemi 2007-ci ildən bəri Rusiyanın silah inventarında yer alır. Bu sistemlər əhəmiyyətli siyasi, iqtisadi və hərbi hədəfləri qorumaq üçün hazırlanıb.

Ən azı 1 mobil əməliyyat-komanda mərkəzindən, 8 atıcı və 32 raketdən ibarət olan bu sistemlər hərbi təyyarələri, radar təsbit edən və kəşfiyyat təyyarələrini, strateji və taktiki təyyarələri, taktiki və ballistik raketləri, orta mənzilli ballistik raketləri və səsdən surətli hədəfləri məhv etmə bacarığına sahibdir.

Qısa, orta və uzun mənzilli raketləri eyni anda istifadə edə bilən bu sistem 600 kilometr uzaqlıqdakı hədəfi təsbit etmə özəlliyinə sahibdir və saniyədə 4.8 kilometr sürətlə raket ata bilir. Sistem hədəfə 10 saniyədən daha az müddətdə reaksiya verə bilir.

S-400 sistemi çox uzun mənzilli 40N6 model raketlə 400 kilometr, uzun mənzilli 48N6 model raketlə 250 kilometr, orta mənzilli 9M96E2 model raketlə 120 kilometr və qısa mənzilli 9M96E model raketlə isə 40 kilometr məsafədə olan hədəfləri vura bilir.

Sistemin hədəfləri arasında B-2 və F-117 stels təyyarələr, B-1, F-111 və B-52 strateji bombardman təyyarələri, EF-111A və EA-6 elektronik hərbi təyyarələr, TR-1 kəşfiyyat təyyarəsi, E-3A və E-2C "AWACS" təyyarələri, F-15, F-16, F-35 və F-22 döyüş təyyarələri, Tomahawk raketləri və ballistik raketlər var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR