Ukraynanın Xalq artisti intihar etdi - VİDEO

Ukraynanın Xalq artisti intihar etdi - VİDEO
15:05 12 İyul 2019
106 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Kiyev şəhərində yaşlı kişi intihar edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Ukrainskiye novosti" xəbər verib.

Kişi intiharı səhər saatlarında gerçəkləşdirib. O, özünü yaşadığı binanın 5-ci mərtəbəsindən yerə ataraq həyatına qəsd edib. 

Mərhumun cibindən kiçik kağız parçası tapılıb. Orada yazılanlara görə, o, ölümündə heç kəsi günahlandırmamağı xahiş edib.

Daha sonra intihar edən şəxsin Ukraynanın Xalq artisti, eləcə də Ukrayna Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblının vokalisti olduğu məlum olub.

Qonşuların sözlərinə görə, tək yaşayan mərhuma ara-sıra oğlu baş çəkirmiş.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/770297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR