Rəşad Sadıqov - 300

Rəşad Sadıqov - 300
15:32 12 İyul 2019
98 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov komandasının heyətində 300-cü oyununu keçirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu yubiley Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa təsadüf edib.

"Partizani" ilə Tiranada keçirilən qarşılaşma 37 yaşlı müdafiəçinin "Qarabağ"da 300-cü matçı olub. Bunadək Premyer Liqa, Azərbaycan kuboku, Çempionlar Liqası və Avropa Liqasında üst-üstə keçirdiyi 299 oyunda 14 qol vuran "14 nömrə"nin yubileyi 0:0 hesablı heç-heçə ilə başa çatıb. "Qarabağ"da 2009-cu ildə debüt edən Rəşad Sadıqov klub tarixində 300 və daha çox oyun keçirən 9-cu futbolçu olub.

Onadək yalnız 8 oyunçu bunu bacarıb. Peşəkar klub kimi 1987-ci ildə qeydiyyatdan keçən "Qarabağ"ın regional turnirlər nəzərə alınmamaqla, rəsmi matçlarda ən çox oyuna çıxan futbolçusu isə Maksim Medvedevdir. Albaniyadakı qarşılaşma onun üçün 405-ci olub. Karyerasını Ağdam klubunda davam etdirən daha bir oyunçu - Qara Qarayev də "300"ü arxada qoyanlar arasındadır. "Doqquzluq"da yeganə legioner Ansi Aqollidir.

"Qarabağ"da 300 və daha çox oyun keçirənlər

yer futbolçu Oyun

1. Maksim Medvedev - 405

2. Müşfiq Hüseynov - 394

3. Yaşar Hüseynov - 380

4. Səttar Əliyev - 369

5. Aslan Kərimov - 346

6. Elşad Əhmədov - 339

7. Qara Qarayev - 320

8. Ansi Aqolli - 316

9. Rəşad Sadıqov - 300

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/770303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR