Qətldə şübhəli bilinən qazaxıstanlı dünya çempionu həbs olunub

Qətldə şübhəli bilinən qazaxıstanlı dünya çempionu həbs olunub
17:02 12 İyul 2019
43 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstanlı boksçu Aslan Mukanov Kostanay vilayətində qohumunu öldürməkdə şübhəli bilinərək həbs olunub.
“Report”un “Kazinform”a istinadən verdiyi məlumata görə, iyulun 11-də polisə 31 yaşlı şəxsin özündən 1 yaş böyük kişini bıçaqladığına dair məlumat daxil olub. Zərərçəkən hadisə yerində ölüb, şübhəli isə qaçıb.
Əməliyyat qrupu dərhal qətlin baş verdiyi Altın Dala qəsəbəsinə yollanıb. Müəyyən edilib ki, şübhəli şəxs 8 km məsafəni qət edib və Tobol çayını üzüb keçərək Zareçnıy qəsəbəsi istiqamətində gizlənib.
Mukanov isə tarlada işləyərəkən saxlanılıb. Hazırda istintaq gedir.
Qeyd edək ki, Mukanob bu ilin martında National Boxing Association versiyası üzrə dünya çempionu olub. Bu, onun peşəkar boksda 6-cı qələbəsi olub. Bunlardan 5-i nokautla başa çatıb.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/qetlde-subheli-bilinen-qazaxistanli-dunya-cempionu-hebs-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR