Müdafiə Nazirliyindən ABŞ konqresmeninə cavab

Müdafiə Nazirliyindən ABŞ konqresmeninə cavab
18:15 12 İyul 2019
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr palatasının konqresmeni Bred Şermanın Azərbaycana “Dağlıq Qarabağ hava məkanında mülki təyyarələri təhdid edə biləcək” ABŞ silahlarının satılmasına qadağa qoyulması məqsədilə qanunvericilik təşəbbüsü ilə çıxış etməsi məsələsinə Müdafiə Nazirliyindən münasibət bildiriblər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu cür təşəbbüslə çıxış əslində təəccüblü görünür:

"Çünki, ABŞ indiyədək ölkəmizə heç bir silah satmayıb. Bununla belə, Azərbaycan dünyanın qabaqcıl hərbi texnologiyalarına malik ölkələrdən kifayət qədər silah və döyüş vasitələri alır.

Hərbi Hava Qüvvələrimizin silahlanmasına daxil edilən müxtəlif tipli hava hücumundan müdafiə vasitələri hava məkanımızı tam qorumağa və təhdid yaranarsa dərhal cavab tədbirləri görməyə qadirdir.

Bundan əlavə, konqresmenə yəqin bəlli olmalıdır ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və münaqişə bölgəsi olduğundan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən mülki aviasiya vasitələrinin bu istiqamətdə uçuşlarına uzun müddətdir tam qadağa qoyulub”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3089942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR