"Azərsu": Şəmkirçay sutəmizləyici qurğusunun inşası bu il başa çatdırılacaq

"Azərsu": Şəmkirçay sutəmizləyici qurğusunun inşası bu il başa çatdırılacaq
19:07 12 İyul 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin sonuna qədər Şəmkirçay sutəmizləyici qurğunun inşasının başa çatdırılması nəzərdə tutulub. 
Bu barədə "Report"a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. 
Onun sözlərinə görə, qurğu istifadəyə verildikdən sonra Gəncə şəhərinin, Samux və Şəmkir rayonlarının təxminən 300 min sakininin içməli su ilə təminatı yaxşılaşacaq. 
"Qurğunun məhsuldarlığı sutkada 140 min kubmetr olacaq. Bu mənbədən Gəncə şəhərinə 27,5 km, Şəmkir şəhərinə isə 16,5 km uzunluğunda magistral su kəmərləri inşa edilib", - deyə o, əlavə edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azersu-semkircay-sutemizleyici-qurgusunun-insasi-bu-il-basa-catdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR