Zidan "Real"ın düşərgəsini tərk edib İspaniyaya qayıtdı

"Real"ın baş məşqçisi Zinəddin Zidan hazırda Kanadanın Monreal şəhərində hazırlıq prosesində olan komandasının düşərgəsini tərk edib.

Metbuat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, 47 yaşlı mütəxəssis ailə vəziyyəti səbəbindən İspaniyaya qayıdıb. Onu məşq zamanı köməkçisi David Bettoni əvəzləyəcəyi bildirilib.

Zidanın Beynəlxalq Çempionlar kubokunda iyunun 20-i keçiriləcək "Bavariya" ilə oyuna kimi düşərgəyə qayıdacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR