Pakistan hava məkanının açılması üçün Hindistan qarşısında şərt irəli sürüb

Pakistan hakimiyyəti Nyu-Dehlinin sərhədyanı rayonlar üzərində qırıcı təyyarələrinin uçuşunu dayandırmayana qədər öz hava məkanını bağlı saxlayacaq.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, bu barədə “Doon” qəzeti Pakistan Mülki Aviasiya İdarəsinin katibi Şarukh Nüsrətə istinadla məlumat yayıb.

Hindistan hökuməti hava məkanını açmaq çağırışı ilə bizə müraciət edib. Biz bunun üçün Nyu-Dehlinin qırıcı təyyarələrini sərhədyanı rayonlardan geri çəkməli olduğu cavabını vermişik”, - deyə katib Pakistan Senatının Aviasiya Məsələləri üzrə Daimi Komitəsinin nümayəndəsi ilə görüşü zamanı bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR