ABŞ-ın Maliyyə naziri yerli şirkətlərə “Huawei” ilə ticarəti davam etdirməyə çağırıb

ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin bir neçə gündür ki, Amerika kompaniyalarını Çinin telekommunikasiya korporasiyası “Huawei” ilə əməkdaşlığı davam etdirmək üçün yollar axtarmağa çağırır.

Metbuat.az “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, müvafiq təkliflər ABŞ Prezidenti Donald Trampın Çin kompaniyasının fəaliyyətinə məhdudiyyətləri yumşaltmaq barədə qərarından sonra səslənməyə başlayıb.

Məlumata əsasən, Maliyyə naziri Amerika şirkətlərinə məhsullarının “Huawei” kompaniyasına satışını davam etdirməyə imkan verəcək lisenziyanın alınmasına nail olmağa çağırıb. Nəşrin fikrincə, nazirin məsələyə belə yanaşması Amerika administrasiyasının Pekinlə münasibətləri yaxşılaşdırmaq niyyətlərinin ciddiliyindən xəbər verir.

Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Bununla bağlı Birləşmiş Ştatların Ticarət Nazirliyi mayın 17-də milli təhlükəsizliyə təhdid səbəbindən “Huawei” kompaniyasını qara siyahıya salıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR