Trampdan "Facebook"a böyük təklif

Trampdan "Facebook"a böyük təklif
22:17 12 İyul 2019
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Tramp kriptovalyutaların tərəfdarı olmadığını deyib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Tramp, həmçinin "Facebook" və kriptovayutaların dövriyyəyə buraxılması ilə məşğul olan digər şirkətlərə (emitentlərə) bank lisenziyası almağı və bank qaydalarına uyğun fəaliyyət göstərməyi məsləhət görüb.

"Mən "bitcoin" və digər kriptovalyutaların tərəfdarı deyiləm; onlar pul deyil və onların dəyəri dəyişkəndir, havadan asılı vəziyyətdədir... Əgər "Facebook" və digər şirkətlər bank olmaq istəyirlərsə, onlar digər banklar kimi yeni bank lisenziyası almalı və ümumi bank qanunvericiliyinin obyektinə çevrilməlidir", - Tramp tivitində yazıb.

ABŞ prezidentinin fikrincə, nəzarət olunmayan kriptovalyutalar qeyri-qanuni əməliyyatlar, o cümlədən narkotik vasitələrin ticarəti üçün münbit şərait yaradır.

"ABŞ-da bizim yeganə həqiqi valyutamız var və o, daha əvvəl olmadığı qədər güclü, stabil və etibarlıdır. O, dünyada ən dominant valyutadır və həmişə də belə olaraq qalacaq. Onun adı isə Birləşmiş Ştatlar dollarıdır!" - Tramp əlavə edib.

Qeyd edək ki, ötən ay "Facebook" şirkəti tərəfdaşları ilə birlikdə "Libra" adlı yeni kriptovalyutanı təqdim edib. 2020-ci ilin birinci hissəsində dövriyyəyə buraxılacaq yeni kriptovalyutanın sabit maliyyə aktivləri ilə dəstəklənəcəyi və ona nəzarət edən idarəetmə orqanının olacağı bildirilib.

Yeni kriptovalyuta artıq "Visa", "Mastercard", "PayPal", "Uber", "eBay", "Farfetch" və digər nəhənglərdən dəstək alıb.

"Facebook"un kriptovalyuta üzərində birbaşa idarəçiliyinin olmayacağı bildirilir. Əvəzində şirkət İsveçrədə yerləşən "Libra Assosiasiyası" (Libra Association) adlı qeyri-kommersiya təşkilatının üzvü olacaq. "Libra"ya nəzarət edən bu assosiasiyanın 28 üzvü var. Onların sırasında "PayPal", "Visa", "Uber", "Coinbase", "Andreessen Horowitz" və "Mercy Corps" şirkətlərinin adı çəkilir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/hitech/770444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR