Ramil Şeydayev Rusiya Premyer Liqasının açılış matçında "Neftçi"nin rəqibinə qarşı çıxış edib

Ramil Şeydayev Rusiya Premyer Liqasının açılış matçında "Neftçi"nin rəqibinə qarşı çıxış edib
23:02 12 İyul 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Rusiya Premyer Liqasında 2019/2020 mövsümünə start verilib.
"Report"un məlumatına görə, açılış matçında "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi Tula "Arsenal"ı ilə Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin yeni klubu Moskva "Dinamo"su üz-üzə gəlib.
Tuladakı "Arsenal" stadionunda keçirilmiş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Start heyətində yer alan Şeydayev 87-ci dəqiqədə yerini Vyaçeslav Qrulevə verib.
Qeyd edək ki, ilk turun qalan görüşləri 13-15 iyulda keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ramil-seydayev-neftci-nin-reqibine-qarsi-cixis-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR