Zelenskidən öz sələfinə qarşı daha bir hücum

Zelenskidən öz sələfinə qarşı daha bir hücum
23:37 12 İyul 2019
59 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Prezidenti Vladimir Zelenski keçmiş Prezident Petro Poroşenko və onun komanda üzvlərinin lüstrasiyasını nəzərdə tutan qanun layihəsini Ali Radaya təqdim edib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, sözügedən qanun layihəsi parlamentin saytında dərc olunub.

Lüstrasiya hökumət rəsmilərinin hansısa rejim dəyişikliyindən sonrakı "təmizləmə" aktını və dövlət rəsmilərinin toplu olaraq işdən çıxarılmasını ifadə edir.

Qanun layihəsində lüstrasiyaya düşən rəsmilərin siyahısı verilib. Belə ki, lüstrasiyaya prezident, Radanın bütün deputatları və spikeri, hökumət üzvləri, Təhlükəsizlik Xidmətinin, Antimonopoliya Komitəsinin və Dövlət Əmlak Fondunun sədrləri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, gömrük və vergi xidmətlərinin, eləcə də müdafiə sənayesi müəssisələrinin rəhbərliyi məruz qalacaq.

Xatırladaq ki, bir müddət öncə Zelenski Ali Radadan ölkənin Baş Prokuroru Yuri Lutsenkonun və XİN başçısı Pavlo Klimkinin vəzifədən azad edilməsinə razılıq istəyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/770445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR