FİFA-dan sərt qərar - cəza ağırlaşdırıldı

FİFA-dan sərt qərar - cəza ağırlaşdırıldı
00:08 13 İyul 2019
82 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

FİFA irçiliklə bağlı cəzanı sərtləşdirib. Bundan sonra oyunlar zamanı irqçi davranışa görə, 10 oyunluq cəza veriləcək.

Trend-in məlumatına görə, bu barədə qurumun yaydığı bəyanatda deyilir. Bildirilir ki, FİFA irqçi təhqirlərə məruz qalan heç kimi köməksiz qoymayacaq.

Söhbət konkret olaraq şəxslərin dərisinin rənginə, etnik və milli mənsubiyyətinə, sosial qruplarına, seksual oriyentasiyasına, dininə və dilinə, sağlamlığına, siyasi baxışlarına və sair təhqirlərdən gedir.

Qeyd edilir ki, azarkeşlər irqçiliyə yol verərsə, bu halda onların klubları cəzalandırılacaq. İlk növbədə klub, yaxud milli assosiasiyanın stadionunun tribunasının bir qisminin qapadılması və 20 min İsveçrə frankı məbləğində cəza nəzərdə tutulur. Hakim ayrı-ayrı vaxtlarda irqçiliyə və diskriminasiyaya görə oyunu dayandırarsa, bu halda matç ləğv ediləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3089927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR