Bərdədə ev yanıb, iki azyaşlı zəhərlənib, bir qadın xəsarət alıb

Bərdədə ev yanıb, iki azyaşlı zəhərlənib, bir qadın xəsarət alıb
01:52 13 İyul 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda yaşayış evinin yanması nəticəsində iki azyaşlı tüstüdən zəhərlənib.
"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Cəyirli kəndində başverib.
Kənddə müvəqqəti məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün Şükür Şirinova məxsus ev elektrik naqillərində yaranmış qısaqapanmadan yanıb.
Yanğın zamanı evdə olan 5 yaşlı Şəbnəm Şirinova və 3 yaşlı Nəzrin Şirinova tüstüdən zəhərləniblər. Hadisə zamanı habelə bir qadın da xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım həkimləri çağırılıb və yaralılara tibbi yardım göstərilib.
Yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayonu Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın söndürülüb.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-ev-yanib-iki-azyasli-zeherlenib-bir-qadin-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR