Senatorlar Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar

Senatorlar Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar
05:27 13 İyul 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ senatorlarından ibarət qrup ölkə prezident Donald Trampı Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini idxal etməsi ilə əlaqədar bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı müraciət ABŞ-ın silahlı qüvvələr üzrə Komitəsinin mətbuat xidməti tərəfindən yayılıb.
"Biz “Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə əks təsir” haqqında Qanunun tələb etdiyi kimi prezident Trampı sanksiyalar tətbiq etməyə çağırırıq”, - deyə müraciətdə bildirilir.
Senatorlar həmçinin Türkiyəyə F-35 qırıcılarının ixracı fonunda Pentaqonu Ankaranın F-35 proqramında iştirakını dayandırmağa çağırıblar.
Daha əvvəl Rusiyanın S-400 raketlərinin birinci hissəsinin avadanlıqları Türkiyəyə çatdırılıb. Rusiya Müdafiə NazirliyiS-400 zenit-raket sistemlərinin birinci hissəsini Türkiyəyə çatdırılmasını əks etdirən videogörüntüləri yayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/senatorlar-trampi-turkiyeye-qarsi-sanksiyalara-cagiriblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR