Avtoxuliqanlıq edən şəxsə, hərəkəti baha başa gəldi

İdarə etdiyi avtomobildəavtoxuliqanlıq hərəkətlərinə yol verən Mingəçevirsakini saxlanılıb.

Metbuat.az apa-ya itinadən xəbər verir ki, idarəetməyə zidd davranışları ilə bağlı videogörüntüsünü sosial şəbəkələrdə yayımlayan sürücünün Mingəçevir şəhər sakini 1984-cü il təvəllüdlü Məmmədov Anar Vidadi oğlu olduğu müəyyənləşdirilib.

O, "Mecedes Vita" markalı mikroavtobusla Gürcüstandan qayıdarkən yolda avtoxuliqanlıq edib və bu hərəkətlərini kameranın lentinə köçürüb. Daha sonra bu videonu sosial şəbəkədə yayımlayıb və izləyicilər haqlı olaraq bu cür sürücülərin yollarda potensial təhlükə mənbəyi olduğunu bildirərək onun hərəkətlərini qınayıb. Hadisəyə rəsmi müdaxilə də gecikməyib. Polis əməkdaşları qayda pozucusunu müəyyən edərək saxlayıb.

İnzibati qaydada cəzalandırılan sürücü20 sutka müddətinə həbs edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR