Erkən saç ağarmasının səbəbi AÇIQLANDI

Erkən saç ağarmasının səbəbi AÇIQLANDI
21:27 14 İyul 2019
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Alimlər bəzi insanlarda saçın vaxtından əvvəl ağarmasının səbəbini açıqlayıblar.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, ispan alimləri 30-60 yaş arası 54 min insanın sağlamlıq vəziyyətini araşdırıblar. Məlum olub ki, erkən saç ağarması orqanizmin qocalması ilə əlaqəli deyil.

Alimlər qeyd edirlər ki, saçın rəngi qluation piqmentindən asılıdır. Bu piqment həm də orqanizmi ciddi xəstəliklərdən qoruyur. Orqanizm ürək-damar xəstəlikləri, Alzheimer xəstəliyi ilə mübarizə aparanda qluation piqmenti saçlardan "götürülür".

Erkən yaşda saç ağarması həm də genetik faktorlarla əlaqəli ola bilər. Alimlərin fikrinə görə isə, stres faktoru saçın erkən ağarmasına təsir etmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/767361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR