"İranın aldığı qərarlardan geri dönməsini gözləyirik" - Federika Moqerini

Avropa Birliyi (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Brüsseldə keçirilən AB Xarici İşlər Komitəsi iclasından sonra keçirdiyi mətbuat konfransında İran nüvə anlaşmasına dair açıqlamalar verib.

Metbuat.az xarici medaya istinadən xəbər verir ki, AB ölkələrininin nazirləri ilə keçirilən iclasda İran nüvə anlaşmasının qorunması və tam olaraq tətbiq edilməsi üçün atıla biləcək addımları müzakirə etdiklərini bildirən Moqerini İranın nüvə anlaşmasını yenidən tam olaraq tətbiq etməsi üçün çalışacaqlarını deyib.

Moqerini nüvə anlaşmasına bağlı qalan tərəflərin Tehranın pozuntularını əhəmiyyətli bir pozuntu olaraq görmədiklərini bildirərək, tərəflərin anlaşmada yer alan ixtilaf həll mexanizmini İrana qarşı işlətməyi hələki düşünmədiyini vurğulayıb.

O bildirib ki, İranın nüvə anlaşması əleyhinə aldığı qərarlardan geri dönməsi mümkündür və İranın yenidən nüvə anlaşmasına dönməsini gözləyirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR