Kişi boğazını kəsdi - Arvadı qışqırıq səslərinə oyandı

Kişi boğazını kəsdi - Arvadı qışqırıq səslərinə oyandı
13:05 16 İyul 2019
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda kişi öz boğazını kəsib.

Bu versiyanı Suraxanı rayonunda qeydə alınmış ölüm faktı üzrə yaradılan operativ-istintaq qrupu irəli sürüb.

Milli.Az xəbər verir ki, məlumatı oxu.az-a Suraxanı rayon hüquq-mühafizə orqanlarından veriblər.

İlkin məlumata görə, 33 yaşlı Ruslan Telman oğlu Fəhrətov iyulun 15-də səhər saatlarında Hövsan qəsəbəsində yaşadığı evdə intihar edib.

Kişinin həyat yoldaşı istintaqa bildirib ki, səhər ərinin "Boğuluram!" - deyə qışqırıq səslərinə oyanıb. Bu zaman evdə ər-arvaddan başqa, kişinin valideynləri də olub.

R.Fəhrətov iki azyaşlı uşaq atası olub, ikincisi bu yaxınlarda doğulub.

O, "8-ci kilometr" bazarında kiçik bizneslə məşğul olub. R.Fəhrətovu belə radikal addım atmağa vadar edən səbəb hələ məlum deyil.

Fakt üzrə rayon prokurorluğunda cinayət işi qaldırılıb, istintaq gedir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/771258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR