"Buna sanksiya deməklə işi ciddiyə almış olarıq" - Çavuşoğlu AB-dən danışdı

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Birliyi və Kiprlə bağlı açıqlamalar verib.

Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, Çavuşoğlu Aralıq dənizindəki fəaliyyətlərini davam etdirəcəklərini deyib:

"Buna sanksiya demək bu işi çox ciddiyə almaq olar. Çox da ciddiyə almağa gərək yoxdur. Bizə təsir edəcək bir şey deyil. Avropa Birliyi həmişə mərkəzi banka müdaxiləni tənqid edirdi, amma indi öz banklarına təlimat verirlər. Kipr və Yunanıstanın təzyiqi ilə belə sürüşkən qərarlar verdilər. Aldıqları qərarların tətbiq edilməsinin mümkün olmadığını özləri də bilirlər. Bundan sonra Türkiyəyə qarşı bir qərar alsalar fəaliyyətlərimizi artıracayıq. Orada 3 gəmimiz var, 4-cü gəmini də Aralıq dənizinə qısa zamanda göndərəciyik. Kipr türk xalqının haqqını sığorta altına almayana qədər biz oradakı fəaliyyətimizi dayandıran deyili. Kipr Avropa Birliyinə arxalanmasın, bizimlə masaya otursun".

S-400 sistemlərinin alınması ilə bağlı danışan Çavuşoğlu bildirib:

"Biz bu cür mövzuların ABŞ kimi ölkələrdə problem yaratmasını istəmirik. ABŞ-lı olan NATO Baş katibinin açıqlaması ortadadır. Hər müttəfiq öz müdafiəsi üçün sistemləri istədiyini yerdən ala bilər. S-400 sistemləri F-35 də daxil olmaqla NATO sistemlərinə təhdid deyil. Müdafiə ehtiyacı olduğu zaman istifadə ediləcək bir sistemdir. Test müddəti də başlamışdır. Sonuna qədər də davam edəcək."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR