UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşləri start götürüb

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşləri start götürüb
03:57 17 İyul 2019
114 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşləri start götürüb.
"Report"un məlumatına görə, ilk oyun günündə 6 görüş keçirilib. Moldovada Gürcüstan “Saburtalo”suna 0:3 hesabı ilə uduzan “Şerif” səfərdə qələbə qazanıb - 3:1. Lakin iki oyunun yekununda "Saburtalo" daha üstün olduğu üçün Çempionlar Liqasında mərhələ adlayıb. "Şerif" isə mübarizəni Avropa Liqasının II təsnifat mərhələsində davam etdirəcək. Rəqib "Qarabağ"ın bu gün Albaniya "Partizani"si ilə cavab qarşılaşmasının yekununda uduzan komanda olacaq.
Tiranadakı ilk görüşdə qolsuz heç-heçə edən Ağdam təmsilçisi evdə rəqibindən üstün olarsa, ÇL-də “Dandolk” (İrlandiya) - “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqasında mərhələni Estoniyanın "Nımme Kalyu", Finlandiyanın HİK, Maltanın "Valletta", Uelsin TNS və Serbiyanın "Srvena Zvezda" komandaları da adlayıb.
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
16 iyul
19:00. “Şkendiya” (Makedoniya) - “Nımme Kalyu” (Estoniya) - 1:2
İlk oyun – 1:0
21:30. “Saburtalo” (Gürcüstan) - “Şerif” (Moldova) - 1:3
İlk oyun – 3:0
22:00. “HB Torshavn” (Farer adaları) - HİK (Finlandiya) - 2:2
İlk oyun – 0:3
22:00. “Valletta” (Malta) - “Düdelanj” (Lüksemburq) - 1:1
İlk oyun – 2:2
22:45. “Ferronikeli” (Kosovo) - TNS (Uels) - 0:1
İlk oyun – 2:2
22:45. “Srvena Zvezda” (Serbiya) - “Suduva” (Litva) - 2:1
İlk oyun – 0:0.
Qeyd edək ki, "Qarabağ" - "Partizani" və "Riqa" - "Dandolk" görüşləri də daxil olmaqla, daha 10 görüş bu gün keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-cempionlar-liqasinda-i-tesnifat-merhelesinin-cavab-gorusleri-sta

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR