Bakıda dənizdən cadu tapıldı - Kiril əlifbasıyla adlar yazılıb... - FOTO

Bakıda dənizdən cadu tapıldı - Kiril əlifbasıyla adlar yazılıb... - FOTO
12:22 18 İyul 2019
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün Xəzər dənizindən cadu tapılıb.

Milli.Az xəbər verir ki, cadu parçaya tikilmiş və sancaq taxılmış formada dənizə atılıb. Şıxov çimərliyindən tapılan cadunun içərisində ərəb hərfləri ilə sözlər qeyd olunub.

Kağızın digər tərəfində isə kiril əlifbası ilə iki ad qeyd olunub. Lakin kağız suda qaldığına görə adları oxumaq mümkün deyil. Cadunun görüntülərini çəkən şəxs kadrları redaksiyamıza yollayıb.

Qeyd edək ki, bu Şıxov çimərliyindən tapılan ikinci cadudur.

Emin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/771796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR