Fuad Heydərova yüksək vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub.

Metbuat.az xəbər verir ki, xidmət rəisi vəzifəsinin icrası müvəqqəti olaraq qurumun rəis müavini Fuad Heydərova tapşırılıb.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib. O, yeni işə keçməsi ilə əlaqədar olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən öz ərizəsi əsasında ayrılıb.(publika.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR