Azərbaycanda bir sıra toxum sortları və tinglərin Dövlət Reyestrinə salınması təklif edilir

Azərbaycanda bir sıra toxum sortları və tinglərin Dövlət Reyestrinə salınması təklif edilir
16:17 18 İyul 2019
Ölkə mətbuatı
A- A+

Bu il bir sıra toxum sortları və tinglərin Dövlət Reyestrinə salınması təklif edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli bildirib.

O deyib ki, ölkədə 9 elmi-tədqiqat institutu fəaliyyət göstərir: "Dövlət Sort Sınaq Məntəqələri hər il Dövlət Reyestrinə toxum və tingləri təklif edirlər. Dövlət Reyestri iki-üç il sınaq aparır. Sinaqdan uğurla keçəndən sonra sortu qəbul edir".

N.Nəsirli qeyd edib ki, qəbul edilən sortlar stress amilinə dözümlü, bərk və yumşaq buğda sortları, şaftalı və alma tingləridir. Hazırda ümumilikdə həm tərəvəz, həm də bostan məhsulları ilə bağlı 20 istiqamət üzrə tədqiqat işləri aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/771847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR