Maradonanın keçmiş klubunda faciə - 20 yaşlı futbolçu öldürüldü

Maradonanın keçmiş klubunda faciə - 20 yaşlı futbolçu öldürüldü
16:57 18 İyul 2019
107 İdman
Ölkə mətbuatı
A- A+

Meksikanın "Dorados" klubunun gənclərdən ibarət komandasının üzvü Mirşa Fransisko Herrera vəfat edib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, 20 yaşlı oyunçu məşqdən sonra getdiyi restoranda kimliyi bilinməyən 4 nəfər tərəfindən bıçaqlanıb. Təcili xəstəxanaya aparılan gəncin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Müdafiənin sol cinahında çıxış edən mərhum futbolçu 5 il idi ki, "Dorados"da çıxış edirdi.

"Dorados" klubuna bir müddət Dieqo Maradona rəhbərlik edib. Maradona, səhhətindəki problemlərə görə baş məşqçi postundan istefa vermişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/771864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR