Ən çox milyarder bu şəhərdə YAŞAYIR

Ən çox milyarder bu şəhərdə YAŞAYIR
18:37 18 İyul 2019
Ölkə mətbuatı
A- A+

"Savills" əmlak şirkəti apardığı araşdırmanın nəticəsini açıqlayıb.

Milli.Az Ölkə.az-a istinadən bildirir ki, dünyada ən çox milyarderin yaşadığı şəhər Nyu-Yorkdu. Bu şəhərdə şəhərdəki milyarderlərin sayı 85-dir. İkinci pillədə 79 milyarderlə Honq-Konq, üçüncü yerdə 71 milyarderlə Moskva dayanır. Pekində 61, Londonda isə 55 nəfər belə maddi imkana sahib şəxs yaşayır. Qeyd edilir ki, milyarderlərin təxminən 83 faizi kişidir və 89 faizi ailəlidir. 

Dünya milyarderlərinin 28 faizi ABŞ-ın payına, 15 faizi isə Çinin payına düşür.

Qeyd olunur ki, milyarder sakinlərinin sayına görə öndə olan şəhərlər həm də elit səviyyəli daşınmaz əmlakın qiymətlərinə görə də öncül yerdədir. Məsələn, bu göstəriciyə görə dünya lideri olan Honq-Konqda daşınmaz əmlak qiymətləri bir kvadratmetrə 93 min ABŞ dollarınadək hesablanır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/771906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR