2019-cu ilin birinci yarısında paytaxtda cinayət hadisələrinin sayı azalıb (FOTO)

2019-cu ilin birinci yarısında paytaxtda cinayət hadisələrinin sayı azalıb (FOTO)
18:43 18 İyul 2019
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

2019-cu ilin birinci yarısında Bakıda cinayət hadisələrinin sayı azalıb.

Trend-in məlumatına görə, bu barədə bu gün Bakı şəhər prokurorluğunda keçirilən geniş əməliyyat müşavirəsində edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin birinci yarımilində şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 5678 hadisə qeydə alındığı halda, 2019-cu ilin birinci yarısında 182 hadisə, yəni 3,2 % azalaraq 5496 hadisə olub:

"Qeydə alınmış cinayətlərin açılma faizi 6,7% azalaraq 75,4 %, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 37 hadisə və ya 5,6% artaraq 695 olub. 2019-cu ilin birinci yarısında qeydə alınmış 37 qəsdən adam öldürmə cinayətinin 1-i istisna olmaqla, 19 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilib".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3092574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR