Bakıda 4 vəzifəli şəxs cəzalandırıldı

Bakıda 4 vəzifəli şəxs cəzalandırıldı
18:43 18 İyul 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 4 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

"Report" xəbər verir ki, bu barədə iyulun 18-də Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2019-cu ilin birinci yarımilində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə müxtəlif xətalar törətdiklərinə görə 4 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 3 nəfərə töhmət, 1 nəfərə isə şiddətli töhmət elan edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/285017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR