“Bu ölkə sizin üçün zibilxana deyil” - ABŞ-a sərt mesaj

“Bu ölkə sizin üçün zibilxana deyil” - ABŞ-a sərt mesaj
19:17 18 İyul 2019
133 Dünya
Ölkə mətbuatı
A- A+

Kambocanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin müfəttişləri Sianukvil limanında ABŞ və Kanadadan qeyri-leqal yolla ölkəyə gətirilmiş 83 konteynerdə olan 1600 ton plastik zibil aşkarlayıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Phnom Penh Post" qəzetinin onlayn versiyası məlumat yayıb.

Hazırda nazirlikdə yaradılmış xüsusi komissiya təkrar emal edilə bilməyən, buna baxmayaraq saxta yolla təkrar emal oluna bilən kimi bəyan olunmuş tullantını ölkəyə gətirməkdə ittiham olunanların axtarışı ilə məşğuldur.

"Hökumət qeyri-leqal ixracla bağlı ən sərt tədbirlər görəcək. Hökumət heç bir zaman bu cür zibilin Kambocaya gətirilməsinə icazə verməyəcək. Kamboca zibilxana deyil", - deyə nazirliyin mətbuat katibi Net Pxeaktra qəzetə deyib.

"Hakimiyyət zibil konteynerlərinin mənşə ölkələrinə qaytarılacağı tarixləri müəyyən edəcək. İdxalçı kompaniya qanunun tələbinə uyğun olaraq mütləq cərimələnəcək", - deyə o əlavə edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/771917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR