Sabah paytaxtın bu ərazisində işıq olmayacaq

Sabah paytaxtın bu ərazisində işıq olmayacaq
19:33 18 İyul 2019
87 Ölkə
Ölkə mətbuatı
A- A+

İyulun 19-u saat 11:00-dan 15:30-dək Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə Publika.az-a “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə 110/35/6 kVt-luq 91 saylı yarımstansiyasında yeni avadanlıqların quraşdırılması işləri ilə əlaqədardır.

Yaranmış narahatlığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/285021.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR