BDU Braziliya universitetləri ilə yeni əməkdaşlıq əlaqələri qurur

BDU Braziliya universitetləri ilə yeni əməkdaşlıq əlaqələri qurur
19:43 18 İyul 2019
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Bakı Dövlət Universitetində (BDU) olub.

Trend-in məlumatına görə, BDU-nun rektoru Elçin Babayevlə görüşdə Braziliya universitetləri ilə əməkdaşlıq əlaqələri müzakirə edilib.

Səfir Elxan Poluxov 1920-ci ildə təsis edilən Rio-de-Janeyro Federal Universiteti haqqında məlumat verib. Braziliyanın ilk və ən böyük ali təhsil müəssisəsi olan Rio-de-Janeyro Federal Universitetində iqtisadiyyat elmləri, hüquq, fəlsəfə, təsviri sənət, musiqi, ədəbiyyat fakültələrinin, bir neçə tədris və elmi-tədqiqat institutlarının, o cümlədən Qafqazşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyini bildirib.

Rektor Elçin Babayev Rio-de-Janeyro Federal Universiteti və buradakı Qafqazşünaslıq Mərkəzi ilə əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib.

Görüşdə Bakı Dövlət Universiteti ilə Rio-de-Janeyro Federal Universiteti arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanması, birgə tədqiqat işlərinin aparılması, seminar və konfransların keçirilməsi, professor-müəllim heyətinin qarşılıqlı səfərləri kimi məsələlər də müzakirə edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3092526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR