Dövlət Əmək Müfəttişliyi Xidməti ilin birinci yarımilində 282 hüquq pozuntusu aşkar edib

Dövlət Əmək Müfəttişliyi Xidməti ilin birinci yarımilində 282 hüquq pozuntusu aşkar edib
19:55 18 İyul 2019
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2019-cu ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) daxil olmuş müraciətlərin araşdırılması zamanı 282 hüquq pozuntusu aşkar edib.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub. Aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub.

Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3092404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR