Gözəllik müsabiqəsinin iştirakçısı çimərlik geyimi ilə təəccübləndirdi - FOTO

Gözəllik müsabiqəsinin iştirakçısı çimərlik geyimi ilə təəccübləndirdi - FOTO
09:12 21 İyul 2019
158 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Miss İngiltərə" gözəllik müsabiqəsinin iştirakçısı müsəlman Ayşa Han çimərlik geyimi ilə jürini heyrətləndirib. Bu barədə "The Sun" yazır.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, Han yarışda iştirak üçün aparılan seçim mərhələsində bikini geyinməmək, bunun əvəzinə isə hidrokostyumda şəkillər çəkdirmək qərarına gəlib. Lakin bu, ona finalçıların iyirmiliyinə düşməyə mane olmayıb.

Hanın sözlərinə əsasən, o, hidrokostyumu dini əqidələrə görə deyil, sadəcə çox açıq geyimlərdə özünü rahat hiss etmədiyi üçün seçib.

"Mən bütün yarış boyu öz mənəvi dəyərlərimə sadiq qalmağımla fəxr edirəm", -deyə Han bildirib.

Onun hidrokostyum geyinmək qərarını bir çox qızlar, əsasən də gənc müsəlman xanımlar dəstəkləyiblər.
 
Han bu il "Miss Lankaşir" olub ki, bu da ona milli səviyyədə gözəllik müsabiqəsinə qatılmağa imkan verib.

"Miss İngiltərə" tacını əldə etmək üçün isə müsabiqənin on mərhələsini keçmək lazımdır. Nəticə isə avqustun 1-də bəlli olacaq.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/772466.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR