Bülent Ersoy səhnədən enib, onun qucağında oturdu - FOTO

Bülent Ersoy səhnədən enib, onun qucağında oturdu - FOTO
09:22 21 İyul 2019
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni Bülent Ersoy konsert verib.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, gecənin aparıcısı məşhur aktyor Cem Özər olub.

Ersoy səhnədə çıxış edərkən gözlənilmədən səhnədən enib. O, Özərin oturduğu masaya yaxınlaşaraq aktyorun qucağında oturub.

O, "Bu insanın qucağında gözəl mahnılar ifa edə bilərəm" deyə söyləyib.

Sonra o, aktyoru tərif yağışına tutub.

"Cem sən çox ağıllı, savadlı birisən. İnsanlara həddlərini ağılınla, savadınla bildirirsən"-deyə əlavə edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/772468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR