ABŞ nümayəndəsi Türkiyəyə səfər edib

ABŞ Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Suriya Özəl Təmsilçisi Ceyms Cefrinin türk hökümətinin dəvəti ilə Ankaraya getdiyi bildirilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, aşıqlamada Cefrinin 22-23 iyul tarixlərində bir sıra görüşlər keçirəcəyi bildirilib:

"Səfir Cefri və türk səlahiyyətliləri Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarını, Suriya ixtilafının həll olunmasına dair Birləşmiş Millətlər Təhlükəsizlik Komitəsi qərarının tətbiqini və DAEŞ-in məğlubiyyətinin qalıcı hala gətirilməsini müzakirə edəcəklər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR