İngiltərədə seçkilər bu gün sona çatır - Baş nazir dəyişir

Bu gün İngiltərədə Baş nazir seçiləcək.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 1 aya yaxındır davam edən səsvermənin nəticələri bu gün elan ediləcək. İngiltərədə Mühafizəkar Partiya liderliyi üçün başlayan mübarizədə son ikiyə Boris Conson və Ceremi Hant qalıb. Partiya üzvlərinin poçt yolu ilə səs verdiyi seçim sona çatıb.

Seçkini qazanan şəxs nazirlik vəzifəsini sabah Tereza Meydən təhvil alacaq. Vəzifəyə Consonun gəlməsi halında kabinetdəki bir çox nazirin istefa edəcəyi gözlənilir.

Qeyd edək ki, yarışın favoriti olaraq göstərilən Conson ölkəni anlaşmalı və ya anlaşmasız olaraq 31 oktyabrda Avropa Birliyi üzvlüyündən çıxarmağı planlaşdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR