İxtisas seçimi başladı, hansı ixtisası seçməli? - Mütəxəssislər açıqlayır

Bu gün Azərbaycanda ixtisas seçimi başlayır. İxtisasımızı seçərkən nələrə diqqət yetirməliyik? Sırf qazanc üçün, yoxsa xarakterimizə, bacarıqlarımıza uyğun ixtisas seçməliyik? Valideynlərin bu məsələdə müdaxiləsi doğrudurmu?

Metbuat.az məsələ ilə bağlı mütəxəssislərə müraciət edib. Sosial psixoloq Nail Cəlil bildirib ki, abitruyentlər ixtisas seçərkən peşənin populyarlığından daha çox, özlərinin o sahəyə uyğunluğuna fikir verməlidirlər:

“Valideyn məsələsinə gəldikdə, bu çox incə və həssas məsələdir. Valideynlər əlbbəttə ki, bu və ya digər formada təsir edirlər, nəticələri isə bəzən müsbət olur, bəzən mənfi. Ümumiyyətlə, seçim edilərkən hər bir cəhət nəzərə alınmalıdır. O şəxsin gələcəkdə həmin sahədə çalışa biləcəyi, qabiliyyəti, mümkün hədəfləri, eyni zamanda ixtisasa aid olan biliklərlə bağlı potensialı – hər bir əlamət qiymətləndirilməlidir. Digət tərəfdən, burada həm sosial amillər var, həm də psixoloji. Təbii ki, çox vaxt seçim edərkən hər kəs dəbdə olan, populyar olan, hüquq, beynəlxalq hüquq kimi peşələri seçir. Elə ixtisaslar var ki, onlar çox populyar deyil, amma, cəmiyyət üçün, dövlət üçün faydalıdır. Seçim edərkən yeniyetmələr təkcə ixtisasın dəbdə olmasını deyil, bazarın təlabatını da nəzərə almalıdırlar. Çünki, ola bilər o çox yaxşı hüquqşünas olsun, amma, hüquqşünasların sayı kifayət qədər çoxdur, bazara baxsaq təklif azdır. Düzdür, yaxşı hüquqşünasa həmişə təlabat var, lakin hər kəs yaxşı hüquqşünas ola bilmir, bunu da nəzərə almaq lazımdır".

"Nano texnologiyalar sahəsində mütəxəssislərə, kompüter muhəndislərinə daha çox ehtiyac var, amma bu ixtisasları seçən olmur. Valideynlər övladlarına seçim imkanı tanımalıdırlar. İxtisası seçərkən özlərinin deyil, övladlarının maraqlarını nəzərə almalıdırlar. Bəzən görürük ki, kənarda qalmamaq üçün seçim edirlər, amma o ixtisasda gəlib özünü tapa bilmir. Məsələn Azərbaycanda sosiologiya üzrə minlərlə kadr var, amma axtarsaq peşəkar 1-2 sosioloq ancaq tapa bilərik. Şərait elədir ki, yeniyetmə 16-17 yaşında nə edəcəyini bilməlidir və 25 yaşına çatanda beynəlxalq tələblərə cavab verən mütəxəssis olmalıdır”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən psixoloq İlahə Dəmirbəy deyib ki, valideynlərin bu məsələdə övladlarına basqı etməsi yolverilməzdir:

“İlk növbədə abitruyentlərə uğurlar arzu edirəm. Bu seçim dönəmi psixoloji cəhətdən ən ağır dövrdür. Valideynlər adətən bu məsələdə maddiyatı, prestiji və ən əsası da özlərinin həyata keçməmiş arzularını meyar götürürlər. Özlərinin arzularını övladlarında tamamlamaq üçün onları basqı altına salırlar. Deyirlər ki, “Bu ixtisasın gəliri yaxşı deyil”, “Nə iş tapacaqsan?”, “Bu sahədə biz sənə iş düzəldə bilmərik” və s. Bu sözlər abitruyentlərə həddindən artıq mənfi təsir edir, onları imtahan həyəcanından daha çox stresə salır, gərginləşdirir. Seçimi abitruyentlərin özünə buraxmalıyıq. Təbi ki, məsləhət ola bilər, amma sırf onların özünün istədiyi, özlərinin xoşladığı peşəni seçməyə şərait yaratmalıyıq. Bu barədə valideynlər mütəxəssislərdən də yardım ala bilərlər. Əgər uşağın öz arzusu artıq varsa, konkret olaraq bir peşəyə yönəlmk istəyirsə, valideynlər əsla uşaqlara basqı etməsinlər, əsla onların seçimlərini aşağlamasınlar. Valideynlər başa düşməlidir ki, əgər bu gün uşağa ixtisasını seçmək üçün basqı edirlərsə, gələcəyin qeyri-peşəkar kadrını hazırlayırlar. Çünki, insan işini sevmirsə, o işdə əsla peşəkar davrana bilməyəcək. O işi sevərək görmürsə, əslairəli gedə bilməyəcək. İnsan sənətində, peşəsində, işlədiyi işdə özünü tapmalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR