"Xərçəngə tutulmaq istəmirsizsə..." - Fast-food zərərləri - Mütəxəssislər açıqladı

Bu gün şəhərimizdə “fast-food” restoranlarının sayı yetərincədir və bu restoranların çoxunda daimi müştəri bolluğu müşahidə edilir. Əsasən də gənclər “KFC”, “McDonalds” kimi restoranlarda zaman keçirirlər. Bəs bu tip qidalardan istifadə etməyin ziyanları nələrdir?

Metbuat.az mövzu ilə əlaqədar mütəxəssislərin fikirlərini öyrənib. Qida eksperti İsa Əliyev deyib ki, bu cür qidalar asılılıq yaradır və bir dəfə istifadə edən insan yenə o qidanı qəbul etmək istəyir:

“ABŞ-da və Avropanın bir çox ölkələrində “fast food” yeməklərə qarşı ümumi bir mübarizə gedir. Təəssüf ki, Azərbaycanda bu ən böyük trendlərdən biridir. Avropadakı “fast food” restoranlar şəbəkəsində artıq demək olar ki, müştəri tapılmır və onların çoxu bağlanır. Amma, tam tərsi olaraq bizim ölkədə həmin brend restoranlarda müştərilərin sayı günü gündən çoxalır. Bunun ən böyük səbəblərindən biri o qidaların içində istifadə olunan asılılıq yaradan qidalardır. Bunlardan biri də, "mononatrium qlutamat" adlanan və el arasında “çin duzu” kimi tanınan maddədir. Bu maddə bir çox “fast food” restoranlarının məhsullarında olur, bu maddə insan beyninə siqnal ötürür, həmin insanda o qidalara qarşı vərdiş yaranır. Bundan başqa o qidaların içində istifadə olunan yağlar, digər inqrediyentlər qida tez hazır olsun deyə istifadə olunur ki, bunlar da kimyəvi maddələrdir və insan orqanizminə ziyandır”.

Ekspert hesab edir ki, məsələ ilə bağlı müəyyən qanunlar qəbul edilməlidir:

“Təssüf ki, Azərbaycanda bu məsələ ilə bağlı hər hansı nizamnamə, normativ qəbul edilməyib. Yaxın zamanlarda Qida Təhlükəsizliyi Agentliyi enerji içkiləri ilə əlaqədar normalar müəyyən etdilər. Hər bir içkinin üstündə 18 yaşına çatmayan şəxslərə qadağan olduğu yazıldı. Təbi ki, bunun sadəcə qanun kimi qəbul edilməsi deyil, eyni zamanda nəzarət altnda saxlanılması da lazımdır. Buna bənzər qanunları “fast food” qidaları ilə əlaqədar olaraq qəbul etmək də lazımdır.Əgər gələcəkdə biz xərçəng xəstəliyinin azalmasını istəyiriksə, müəyyən qanunlar qəbul etməliyik. Bu günlərdə dönərdən 12 nəfərə yaxın şəxs zəhərləndi. Yay aylarının düşməsi bakteriyalara münbit şərait yaradır. Ona görə də, zəhərlənmələr artır”.

“Fast-food” qidaların ziyanı barədə saytımıza danışan pediatr Günay Rəsulova bildirib ki, bu qidalar bir çox xəstəliklərə zəmin yaradır:

“Fast-food”lar tez mənimsənilən, karbohidrat yükü olan qidalardır. Asan mənimsənilən şəkərlər var ki, həmişə diabet riski yaradır - istər un məmulatlarında, istər hazır şəkər tərkibli paket qidalarında, istərsə də şirələrin tərkibində olanda. “Fast-food” qidaların tərkibində olan ət adətən tam bişməmiş, çiy olur. Bu uşaqlarda mədə-bağırsaq pozuntuları, parazitar xəstəlikləri, bəzən hətta zəhərlənmə riski yarada bilər. Əgər bu cür qidalar gec-gec istifadə edilirsə, bu bir o qədər də zərərli deyil. Zərərli olan bu qidaların insanların həyat tərzinə çevrilməsi, daimi istifadəsidir. Bu piylənmə, kökəlmə, diabet riski yaradır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR