"Zibil yolu bağlayıb, küçə itləri uşaqlara hücum çəkir" - Zabrat sakinləri narazıdır

Sabunçu rayonu Zabrat 1 qəsəbəsində yaşayan sakinlər yaşayış yerindəki bərbad vəziyyətdən narazıdırlar.

Metbuat.az xəbər verir ki, bu barədə saytımıza Zabrat sakini məlumat verib. O bildirib ki, yol kənarına qoyulan zibil qabları az olduğundan zibil ətrafa yayılır, yolu bağlayır:

“N.Nərimanov küçəsində, gölün yaxınlığındakı ərazidə yolun bir hissəsi bərbad gündədir. Təmizlik işləri aparılmır, cəmi 6-7 zibil qabı qoyulub. Ərazidə 200-dən çox həyət evi var. Hamısı gətirib zibillərini o 6-7 qaba atanda ətrafı zibil basır. Çoxu gətirib qaba atmır, yerə tökürlər. Zibil iyindən keçmək olmur. Maşın yoludur, zibil yolu bağlayır, maşınla da keçmək olmur. Küləkli havalarda zibil bütün ətrafa yayılır”.

Sakin bildirib ki, çəkdiyi fotolardakı vəziyyət hələ yolun təmiz halıdır:

“Bu fotolarda hələ yolun təmizlənmiş halıdır. Çox vaxt bütün yol zibillə dolu olur. Zibilin əlindən yolu keçmək olmur. Küçə itləri də bura yığışırlar, ən azı 10-15 it olur. Uşaqlara hücum çəkirlər. Həm uşaqlar, həm böyüklər üçün təhlükə mənbəyidir. Aidiyyati qurumlara müraciət etmişik, məsələyə baxan yoxdur”.

Məsələ ilə Zabrat bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyənin təsərrüfat işləri üzrə işçisi Əkbər bəy bildirdi ki, biz zibillərin daşınması üçün hər ay 1500 manat pul ödəyirik:

“Zibillərin daşınmasına və zibil qablarının qoyulmasına ayrı qurum baxır. Biz onlara pul ödəyirik. Ümumiyyətlə, zibil və kanalizasiya bizim ən böyük problemimizdir, ümid edirik ki, həll olunacaq. Bəzən insanlar özləri də səhlənkar davranırlar. Hərdən görürəm ki, yolun bu üzündən dayanıb zibili atır o tərəfə, nə var ki, yolu keçməsin”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR