"Elə bilirlər qız uşağına intim münasibətdən danışmaq tərbiyəsizlikdir" - Gülnar Orucova

Bu gün cəmiyyətdə cinsi münasibətin yaşı 12-13 yaşlarına qədər enib. Hətta məktəbli yaşlarında cinsi münasibət yaşayanlar, abort etdirənlər, ayrılıb intihar edənlər də olur. Bu cür məsələlərdə valideynlər necə davranmalıdırlar? Ümumiyyətlə, məktəbli qızların münasibətə girməsi normaldırmı?

Metbuat.az məsələ ilə bağlı psixoloq Gülnar Orucovanın fikirlərini öyrənib. Məsələnin psixoloji tərəflərini danışan Gülnar Orucova deyib ki, müasir dövrlə əlaqədar cinsəlliyin yaşı 10-11 yaşlarına qədər düşüb, qadağalarla nəyisə dəyişmək mümkün deyil:

“14 yaşlarında uşaqların cinsi yetişkənlik başlayır. Hal-hazırda qızlarda bu 10-11 yaşlarına qədər düşüb. Bu ətraf mühitin və alınan bir sıra informasiyaların nəticəsidir. Uşaqlarda bu dövrdə bir sıra bioloji, fizioloji dəyişikliklər gedir. Oğlanlarda səs dəyişir, qabalaşırlar, özlərini azad hiss edirlər, evdən icazə almaq istəmirlər, qızlar tez-tez anaları ilə yola getmirlər. Qızlar fərqli görsənməyə, fərqli geyinməyə, qarşı cinsin nümayəndələrini özlərinə cəlb etməyə çalışırlar. Ümumiyyətlə bizim milli mentalitetimizdə belə bir şey var ki, 13-14 yaşında qızdırsa, sevə bilməz, sevdiyi ola bilməz, görüşə bilməz. Valideynlər də qadağa qoyurlar. Bunları edəndə qızı tərbiyəsiz adlandırırlar, təhqir edirlər, evdən bayıra qoymurlar. Uşağa nəyi qadağan ediriksə, uşaq ona daha çox can atır. Ona görə biz çalışmamalıyıq ki, uşağa nəyisə qadağan edək. Xarici ölkələrlə müqayisə edək, məsələn, Rusiyada 14-15 yaşında qız bir oğlanla münasibətə girirsə, onu gətirib ailəsi ilə tanış edir. Amma bizdə nə baş verir? Bizdə bu hallar valideynlərdən gizlin yaşanır”.

Yeniyetmə yaşlarda qızların sevgilisindən ayrılıb intihar etməsi kimi hallarda valideynin günahkar olduğunu bildirən psixoloq onu da vurğulayıb ki, qadağa qoymaqdansa, məsləhət vermək, başa salmaq lazımdır:

“14-15 yaşında yeniyetmə dünyanın ağ və qara rənglərdə görür, digər rənglərdə görə bilmir. Platonik sevgi də məhz bu yaşlarda olur. O, öz sevgisini o qədər ilahiləşdirir ki, elə bilir birdə belə sevməyəcək, aşiq olmayacaq. Görürsüz, bu dövrdə intihar halları çox baş verir. Çünki, elə bilirlər indi olmadısa, daha olmayacaq, ya ağ, ya qara. Bu yaş dövründə olan qızlarla çox ehtiyatla danışmaq lazımdır. Əgər uşaqlar intihar edirsə, səbəbini birbaşa valideynlərdə görürəm. Çünki, valideynlər qızlarına yaxın olmurlar, onların dərdini, sevgisini, problemini, ətrafında kimlər var bilmirlər, dinləmirlər. Mən ailə tanıyıram ki, qızı 9-cu sinifdə oxuyur, ona sevdiyi oğlanla görüşməyə icazə verirlər. O demək deyil ki, tərbiyəsiz ailədirlər. Əgər oğlan pisdirsə, qız bunu bilmir, çünki uşaqdıq. Amma valideyn görəndə, başlayır qızına başa salmağa onun pis yönlərini. Valideynlər qızlarına oğlanla görüşməyi qadağan edirlər, amma bütün qızların əlində telefon var. Onlar yazışırlarda, gizlin şəkildə görüşürlərdə. Bütün faciələr də buradan başlayır. Qıza başa salmaq lazımdır ki, bu yaşları mən də keçmişəm, sevmək, aşiq olmaq normaldır. Amma o demək deyil ki, bunlar hamısı real olacaq. Hətta elə mühafizəkar ailələr olur ki, qız canını qurtarmaq üçün kimə gəldi ərə gedir, sonradan peşman olur”.

Psixoloq bildirib ki, bu yaşda cinsi hisslərin öhdəsindən gəlmək yeniyetmələr üçün çətin olur:

“Bu yaşlarda intim hissləri cilovlamaq çox çətin olur, qızlar öz hisslərinə yenilə bilirlər. Bu yaş dövründə cinsi tərbiyə verilməlidir. Bu gün məktəblərdə cinsi tərbiyə dərsləri keçirilmir, məktəb psixoloqları öz üzərinə düşən işi görə bilmirlər. Bizim ailələrdə qıza sevgidən danışmaq, intim münasibətdən danışmaq tərbiyəsizlik kimi qəbul olunur, normal baxılmır. Əgər cinssi tərbiyə verilsə, qızlar da özlərinə dərs çıxaracaqlar, başa düşəcəklər ki, bu yaşda bu hissləri hamı yaşayır, bu intim hissləri idarə etmək öz ixtiyarımdadır. Bu yaşda qızlar daha tez təsir altına düşə bilirlər. İnsan elə bir varlıqdır ki, anadan olandan ölənə qədər sevgiyə ehtiyacı var. Mənim anamın 60 yaşı var, deyir ki, heç nəyə ehtiyacım yoxdur, təkcə məni gəlin görün. Uşaq səndən bir sevgi, qayğı istəyir. Qız ailədən qayğı, diqqət görməyəndə, o sevgini başqa insanda axtarır. Çalışmayın ki, övladınıza ən yaxşı geyimləri, istirahətləri verəsiniz, çaışın sevgi verin övladınıza”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR