Nərimanov rayonu və Şəkinin qaz təchizatı dayandırılıb

Şəki-Xaldan yolunun genişlənməsi ilə əlaqədar yeni çəkilmiş qaz xəttinin mənbəyə qoşulması məqsədilə bu gün saat 11:40-dan etibarən Şəki rayonunun bir neçə kəndinin qaz təchizatı dayandırılıb.

Bu barədə Metbuat.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, həmçinin, Bakı şəhərinin Nərimanov rayonu ərazisində qaz xəttində sazlama işlərinin aparılması ilə bağlı saat 11:30-dan etibarən X.R.Ulutürk küçəsi və H.Əliyev prospektinin bir hissəsinin qaz təchizatında məhdudiyyət tətbiq olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR