"ABŞ danışmaq istəsə danışacayıq, döyüşmək istəsə..." - Çindən ABŞ açıqlaması

"Çinin haqqlarını qorumaq üçün lazım olan hər cür tədbirlər görüləcək. ABŞ danışmaq istəsə danışacayıq, döyüşmək istəsə, döyüşəcəyik".

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Çinin yeni BMT təmsilçisi Zhanq Jun deyib. Şimalo Koreya və ABŞ arasındakı nüvə görüşlərini də dəyərləndirən Zhanq bildirib ki, görüşlərdə irəlləyiş olması üçün Koreyaya tətbiq edilən sanksiyalar yumlaşdılmalıdır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp "Tvitter" hesabından verdiyi açıqlamada Çinlə ABŞ arasındakı ticarət müharibsinə dair qeyd etmişdi:

"Ticarət müzakirələri davam edir. Bu müddətdə ABŞ senatyabrın 1-dən etibarən Çindən ölkəmizə gələn 300 milyard dollarlıq məhsula 10% gömrük vergisi əlavə edəcəkdir. Bu əlavə vergi 25% gömrük vergisi qoyulmuş 250 milyard dollarlıq məhsula aid edilmir. Hərtərəfli bir ticarət müqaviləsi üçün Çinlə pozitiv dialoqu davam etdirmək istəyirik və 2 ölkə arasındakı gələcəyin parlaq olacağını düşünürük".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR